Ukraynalılar sürətlə ölkəni tərk edirlər

01:00 - 08 Dekabr 2025

Ukraynalılar sürətlə ölkəni tərk edirlər

Ukraynanı tərk edən insanların sayı son aylarda sürətlə artıb.


Manset.az xəbər verir ki, Ukrayna Milli Bankının BMT və Avrostat məlumatlarına əsaslanan yeni makroiqtisadi və monetar icmalında bildirilir ki, 3 oktyabrdan 14 noyabra 2025-ci ilədək ölkəni tərk edənlərin sayı əvvəlki doqquz ayda qeydə alınan rəqəmə yaxınlaşıb.

Hesabata görə, 14 noyabr tarixinə Ukraynadan kənarda yaşayan miqrantların ümumi sayı 5,9 milyon nəfərə çatıb. Bu, 3 oktyabrda aparılan əvvəlki göstəricidən bəri 128 min nəfərlik artım deməkdir. Müqayisə üçün, yanvar–sentyabr aylarında artım 166 min nəfər təşkil edib.

Milli Bank miqrasiya dalğasının güclənməsini bir neçə amillə izah edir. Əsas səbəblərdən biri son aylarda Rusiyanın mülki infrastruktura qarşı hücumlarının intensivləşməsi göstərilir. Digər mühüm faktor isə 18–22 yaşlı kişilərə ölkəni tərk etməyə icazə verilməsidir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az