ABŞ ilə İran arasındakı gərginlik hər keçən gün daha da artır. ABŞ Prezidenti Donald Tramp İrandakı etirazçılarının öldürüldüyünə dair dəlillər olduğunu qeyd edərək, "Bu məsələyə son dərəcə ciddi yanaşırıq. Ordumuz da vəziyyəti araşdırır və güclü bir neçə variantı nəzərdən keçiririk. Sonunda yekun qərarımızı verəcəyik" - açıqlamasını verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Qrenlandiya məsələsi ilə bağlı tənqid edilən açıqlamalarını təkrarlayaraq, "Əgər biz Qrenlandiyanı almasaq, Rusiya ya da Çin alacaq. Buna icazə verməyəcəyəm. Hər necəsə Qrenlandiyaya sahib olacağıq" - ifadələrini işlədib.
Donald Tramp "Air Force One" təyyarəsində jurnalistlərə açıqlama verərkən İranda davam edən etirazlara da toxunub.
Tramp hadisələri yaxından izlədiklərini vurğulayaraq İran məsələsində hər saat yenilənən məlumatlardan xəbərdar olduqlarını bildirib.