Türkiyənin Pegasus Hava Yolları İranda yaşanan daxili qarışıqlıq və təhlükəsizlik problemləri səbəbindən sabah planlaşdırılan İran uçuşları ilə bağlı ləğv müddətini uzadaraq, sabahki uçuşları da ləğv etdiyini açıqlayıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İranda, xüsusilə, paytaxt Tehran da daxil olmaqla bir çox yerdə xalqın başladığı aksiyalar uçuşlara mənfi təsir göstərib.
Yaşanan qarışıqlıq və hava nəqliyyatındakı pozuntular səbəbindən Türk Hava Yolları (THY), AJet və Pegasus əvvəlcə bu ölkəyə olan uçuşlarını ləğv etmə qərarı almışdılar.
Pegasus Hava Yolları, verilən qərara uyğun olaraq, sabah planlaşdırılan İran uçuşlarının da ləğv edildiyini bildirib.