İrandakı iğtişaşlarda həlak olan polis əməkdaşlarının SAYI

23:43 - 12 Yanvar 2026

İrandakı iğtişaşlarda həlak olan polis əməkdaşlarının SAYI

İranda iğtişaşlar zamanı 100-dən çox polis və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri həlak olub.


Manset.az xəbər verir ki, bu haqda ölkənin təhlükəsizlik güclərindəki mənbə məlumat yayıb.

Onun sözlərinə görə, son beş gün ərzində yüzlərlə mülki şəxs də yaralanıb. Bildirib ki, iğtişaşlar respublikanın 31 vilayətində 500-dən çox yerdə qeydə alınıb.

Xatırladaq ki, İranda etiraz aksiyaları dekabrın 28-dən davam edir. İlk olaraq aksiyaçılar ölkədəki iqtisadi vəziyyətə və milli valyutanın dəyərinin enməsinə etiraz etsələr də, hadisələr daha sonradan siyasi xarakter alıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az