Rusiyanın Kemerovo bölgəsində yerləşən Novokuznetsk şəhərindəki bir doğum xəstəxanasında 9 körpənin həyatını itirdiyi bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, körpələrdə infeksiya aşkarlandığı açıqlaması verilib. Həyatını itirən körpələrlə eyni dövrdə doğulan 8 körpənin vəziyyətinin isə kritik olduğu qeyd olunub.
Kemerovo Səhiyyə Nazirliyinin açıqlamasında, Novokuznetsk şəhərindəki doğum xəstəxanasında 1 Dekabr-11 yanvar tarixləri arasında doğulan 17 körpənin sağlamlıq vəziyyətinin kritik olduğu bildirilib.