Araqçidən İngiltərəyə ciddi xəbərdarlıq

16:16 - 13 Yanvar 2026

Araqçidən İngiltərəyə ciddi xəbərdarlıq

İran Xarici İşlər Naziri Abbas Araqçi İngiltərə Xarici İşlər Naziri Yvette Cooper ilə apardığı telefon danışığında İngiltərənin İranın daxili işlərinə qarışmaması üçün xəbərdarlıq edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, nazirlər arasında dünən axşam saatlarında telefonla danışığı baş tutub.

Görüşlə bağlı sosial media hesabında paylaşım edən Araqçi İngiltərənin beynəlxalq öhdəlikləri çərçivəsində İranın Londondakı Konsulluğu və Səfirliyinin təhlükəsizliyini təmin etmək məsuliyyətində olduğunu xatırladıb.

İngilis həmkarını xəbərdar edən Araqçi "Əgər İngiltərə diplomatik missiyaları qorumaq vəzifəsini yerinə yetirə bilməzsə, İranın əməkdaşlarını təxliyə etməkdən başqa seçimi qalmayacaq" - deyib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az