Ötən gün Türkiyədə qadın hakimi tapança ilə vuraraq güllələyən prokurorun keçmişi ilə bağlı bəzi faktlar ortaya çıxıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, prokuror Məhəmməd Çağatay Kılıçarslanın 2022-2024-cü illər arasında Anadolu Baş Prokurorluğunun Qadınlara Qarşı Zorakılığın Qarşısının Alınması Bürosunda çalışdığı, qurbanlardan şikayətlər aldığı və məişət zorakılıqları ilə bağlı daxil olan çoxsaylı məsələlər üzrə ittiham aktları hazırladığı məlum olub.
Prokurorla bağlı ortaya çıxan bu fakt cəmiyyətdə birmənalı qarşılanmayıb.
Qeyd edək ki, hakimin qorumasında iki polis əməkdaşının olmasına baxmayaraq, hakimi çayçı xilas edib.