"Nestle" şirkətinin Baş İcraçı Direktoru (CEO) Philipp Navratil körpə qidaları ilə bağlı edilən geri çağırma qərarı üçün üzr istəyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Nestle" təxminən 60 ölkədə bəzi körpə yeməyi məhsullarını "qida zəhərlənməsinə səbəb ola biləcək bir toksin tərkibi" ilə əlaqədar olaraq geri çağırıb. Bu qərar sonrası Navratil yayımladığı video mesajında, "Bu vəziyyətin valideynlərə, dayələrə və müştərilərimizə səbəb olduğu narahatlıq və narazılıq üçün səmimi olaraq üzr istəyirəm" - ifadələrini istifadə edib.
Bütün geri çağırmaların elan edildiyini bildirən Philipp Navratil indiyə qədər təsirlənən məhsullarla əlaqəli hər hansı bir xəstəlik hadisəsinin təsdiqlənmədiyini vurğulayıb.
Navratil 2025-ci ilin dekabr ayında şirkətin Hollandiya fabrikalarından birində keyfiyyət problemi aşkar edildiyini və həmin fabrikadan çıxan təsirlənmiş məhsulların satıldığı bir neçə Avropa ölkəsində ehtiyat tədbiri olaraq geri çağırma başladıldığını da qeyd edib.