Rusiya Prezidenti Vladimir Putin "Qrinlandiyada baş verənlər bizi heç narahat etmir" deyərək adanın təxmini qiymətini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, Kremlin Mətbuat Xidmətindən verilən yazılı açıqlamaya görə, Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə onlayn toplantı keçirib.
Toplantıda müzakirə olunan məsələlərə toxunan Putin ABŞ Prezidenti Donald Trampın Qəzza barış planı çərçivəsində yaradılan "Barış Şurası"na dəvət edildiklərini bildirib.
Putin "ABŞ Prezidentinə təklifinə görə təşəkkür edirəm. Beynəlxalq sabitliyin gücləndirilməsi istiqamətində hər hansı bir təşəbbüsü hər zaman dəstəklədik və dəstəkləməyə davam edəcəyik" - ifadəsini işlədib.
Rusiya Xarici İşlər Nazirliyinə Sülh Şurası ilə əlaqədar təqdim edilən sənədləri araşdırmağı və Rusiyanın strateji tərəfdaşları ilə bu məsələni müzakirə etməyi tapşırdığını bildirən Putin bundan sonra Trampın təklifinə cavab verə biləcəklərini söyləyib.
Putin, "Bizə təklif edilən təklif, əsasən Yaxın Şərqdəki vəziyyətə, Fələstin xalqının hazırkı problemlərinə və Qəzza Zolağındakı ağır humanitar məsələlərə həll tapılmasını nəzərdə tutur. Bu prosesin, Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarları əsasında Fələstinlə İsrail arasındakı məsələnin uzunmüddətli həllinə müsbət təsir etməsi vacibdir. Fələstinlilərin əsas ehtiyac və tələbləri nəzərə alınmalıdır", – deyə bildirib.
Qəzzanın yenidən inşasının vacibliyini vurğulayan Putin "Buna görə də, Rusiyanın Fələstin xalqı ilə xüsusi əlaqələrini nəzərə alaraq, keçmiş ABŞ administrasiyası dövründə dondurulmuş Rusiya aktivlərindən 1 milyard dolları Barış Şurasına göndərə bilərik. ABŞ-da dondurulmuş Rusiya aktivlərindən geridə qalan hissə isə, Rusiya ilə Ukrayna arasında sülh müqaviləsi əldə olunduqdan sonra müharibələrdən zərər çəkmiş ərazilərin yenidən qurulması üçün istifadə edilə bilər", – deyə dəyərləndirib.