Əbu-Dabidə üçtərəfli danışıqlar başa çatdı - YENİLƏNİB

17:29 - 24 Yanvar 2026

Əbu-Dabidə üçtərəfli danışıqlar başa çatdı - YENİLƏNİB

Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli danışıqlar başa çatıb.


Manset.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

***

13:52

Əbu-Dabidə Ukraynada müharibənin nizamlanması ilə bağlı danışıqların ikinci günü start götürüb. 


Manset.az APA-ya istinadən xəbər verir ki, görüşlər müxtəlif formatlarda keçirilir. 

"Associated Press" agentliyinə danışan mənbənin sözlərinə görə, danışıqlar prosesində format tez-tez dəyişir.

“Bəzən iştirakçılar hansısa məsələləri ayrıca müzakirə etmək üçün kənara çəkilirlər, bəzən hamı bir araya gəlir, bəzən isə bir neçə qrup mövzular üzrə bölünür”, - mənbə bildirib.

Bildirilir ki, qapalı keçirilən danışıqların birinci günündə əsas müzakirə mövzuları arasında bufer zonaların yaradılması və müxtəlif nəzarət mexanizmləri yer alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az