Məsciddə güclü PARTLAYIŞ - Çox sayda ölən və yaralananlar var

15:47 - 06 Fevral 2026

Məsciddə güclü PARTLAYIŞ - Çox sayda ölən və yaralananlar var

Pakistanın paytaxtı İslamabadda cümə namazı zamanı məsciddə partlayış baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, partlayışda 31 nəfər həyatını itirib, 169-dan çox insan isə yaralanıb.

Partlayış paytaxtın Shehzad Town bölgəsində yerləşən İmam Bargah məscidində baş verib.

Partlayışda yaralanan bir çox insanın tibbi müalicə üçün xəstəxanalara göndərildiyi bildirilib.

Rəsmi şəxslər İslamabadın Poliklinika Xəstəxanası Pakistan Tibb Elmləri İnstitutu (PIMS) və CDA Xəstəxanasında təcili vəziyyət elan edildiyini açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az