Rusiyanın Moskva şəhərindəki bir yaşayış binasında kimliyi müəyyən edilməyən şəxslər tərəfindən bir general-mayor vurulub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, general-mayor Vladimir Alekseevə sui-qəsd həyata keçirilib.
Əldə edilən məlumata görə, hücumu həyata keçirən şəxs və ya şəxslər Alekseevə atəş açdıqdan sonra hadisə yerindən qaçıblar. General-mayor isə xəstəxanaya aparılıb.