Nepalda toydan dönənləri daşıyan avtobus uçuruma yuvarlanıb
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 13 nəfər həyatını itirib, 34 nəfər yaralanıb.
Məlumata görə, hadisə paytaxt Katmandudan təxminən 500 kilometr qərbdə yerləşən Baitadi bölgəsinə bağlı Budgaun kəndi yaxınlığında baş verib.
Avtobus təxminən 200 metrlik uçuruma düşüb.
Hadisə sonrası yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb, həyatını itirənlərin cəsədləri isə dağılan avtomobildən çıxarılıb.