Hindistanın şimal-şərqində qaçaq işlədilən kömür mədənində partlayış baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, partlayışda 18 işçi həyatını itirib, 1 nəfər isə ağır yaralanıb.
Mədən ocağında qalan işçiləri xilas etmək üçün axtarış-xilasetmə əməliyyatları davam edir.
Hindistanın Baş naziri Narendra Modi hadisə nəticəsində həyatını itirənlərin ailələrinə 200 min rupi (2,215 dollar), yaralananlara isə 50 min rupi maddi yardım ediləcəyini açıqlayıb.
Qeyd edək ki, Meghalayada 2018-ci ildə mədən ocağının yaxınlıqdakı çayın suyu ilə basılması nəticəsində ən azı 15 nəfər həyatını itirmişdi.