Yeşilçamın usta aktrisalarından Nevin Efe 78 yaşında vəfat edib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, koah xəstəliyi səbəbi ilə bir müddət intensiv terapiya altında müalicə edilən Nevin Efe dünyasını dəyişib.
Usta aktrisanın meneceri Ayça Irgan ölüm xəbərini sosial şəbəkə hesabında paylaşıb. Irgan "Əziz Nevin Efemiz, yaxşı ürəkli, zərif, həyatı ilə hər kəsi isidən o gözəl insan aramızdan ayrıldı", - deyə yazıb.