Əfqanıstanda yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Xinhua-ya istinadən xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən Bədəxşan vilayətində qeydə alınıb.
Nəticədə azı 12 sərnişinin öldüyü, üç nəfərin isə ağır yaralandığı deyilir.
Yerli rəsmilərin sözlərinə görə, qəza sərnişin avtobusunun yoldan çıxaraq dərəyə aşması nəticəsində baş verib.