Son illərdə milyonlarla insanın gündəlik həyatının müxtəlif sahələrində istifadə etdiyi süni intellekt bu dəfə bir şəxsin xəstəxanalıq olması ilə gündəmə gəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-də Darian DeCruise adlı universitet tələbəsi "OpenAI"yə qarşı məhkəmə iddiası qaldırıb. O, "ChatGPT"nin "GPT-4o" modelinin onda özünü kahin kimi görmək düşüncəsi formalaşdırdığını və nəticədə psixoz vəziyyətinə düşməsinə səbəb olduğunu iddia edir. Günlərlə xəstəxanada müalicə alan gəncə bipolyar pozuntu diaqnozu qoyulub.
ABŞ-nin Corciya ştatında ali təhsil alan DeCruise tərəfindən qaldırılan iddia süni intellektdən istifadənin psixoloji təsirləri ilə bağlı yeni müzakirələrə yol açıb. Məhkəmə sənədlərində "ChatGPT"nin əvvəlki versiyalarından birinin istifadəçini “seçilmiş kahin” olduğuna inandırdığı və ağır psixoz prosesini tetiklətdiyi irəli sürülür.