Moskva şəhərində "Maslenitsa" bayramı zamanı ən böyük ölçülü müqəvva formasında konstruksiya yandırılıb.
Manset.az xəbər verir ki, bu barədə Rusiya Mədəniyyət Nazirliyinin mətbuat xidməti "Mах" mesencerində məlumat yayıb.
Tədbir paytaxtdakı Qorki Leninskiye muzey-qoruğunda keçirilib.
"Konstruksiyanın hündürlüyü 25.2 metr təşkil edib ki, bu da beşmərtəbəli binadan hündürdür", - deyə məlumatda vurğulanır.
Qurumdan bildirilib ki, konstruksiyanın hazırlanmasında 800 metr taxta tir, 250 metr parça, 28 metr naxış elementi və üç ton saman istifadə olunub. Ümumilikdə işə üç həftə vaxt sərf edilib.