İsrail Sərab şəhərinə raket zərbəsi endirdi - Ölənlər var

18:53 - 02 Mart 2026

İsrail Sərab şəhərinə raket zərbəsi endirdi - Ölənlər var

İsrailin İranın Sərab şəhərinin yaşayış məntəqəsinə endirdiyi raket zərbəsi nəticəsində 5 nəfər ölüb.


Manset.az xəbər verir ki, bu barədə Tasnim məlumat yayıb.

Şəhər administrasiyasının binası ciddi dağıntılara məruz qalıb, ümumi ziyan əhəmiyyətli olaraq qiymətləndirilir. Xilasetmə və yanğınsöndürmə xidmətləri zərbədən sonra ilk dəqiqələrdən dağıntılar altından 10 yaşlı uşaq da daxil olmaqla 5 meyit çıxarıb.

İlkin məlumatlara görə, həlak olanların sayı arta bilər.

Xilasetmə işləri davam edir, əlavə məlumat səlahiyyətli orqanlar tərəfindən rəsmi təsdiq olunduqdan sonra veriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az