İran ABŞ və İsrailə qarşı əməliyyatın 12-ci dalğasına başladı

21:27 - 02 Mart 2026

İran ABŞ və İsrailə qarşı əməliyyatın 12-ci dalğasına başladı

İran Yaxın Şərqdə ABŞ və İsrail obyektlərinə qarşı "Doğru vəd-4" əməliyyatının 12-ci mərhələsinə başlayıb.


Manset.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.

"Düşmənin vətənimizə qarşı təcavüzünün üçüncü günündə SEPAH-ın hərbi-dəniz və aerokosmik əməliyyat qrupları tərəfindən Amerika-İsrail hərbi hədəflərinə qarşı kombinə edilmiş, irimiqyaslı və intensiv hücum çərçivəsində "Doğru vəd-4" əməliyyatının on birinci dalğası həyata keçirilib", - deyə daha əvvəl bildirilib.

Məlumata görə, Fars körfəzi regionunda Amerika ordusunun informasiya mərkəzləri və anbarları, Beer-Şevada İsrail ordusunun rabitə sənayesi kompleksi, həmçinin Təl-Əviv, Qərbi Qüds və Qalileya rayonlarında 20-dən çox məntəqə İranın raket atəşinin və pilotsuz uçuş aparatlarının zərbələrinin hədəfi olub.

Müharibənin başlanğıcından bəri SEPAH 700-dən çox pilotsuz uçuş aparatı və yüzlərlə raket buraxaraq ABŞ və İsrailin 60 strateji hədəfinə və 500 hərbi məntəqəsinə hücum edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az