İranın cənub hissəsində 4,3 maqnitudalı zəlzələ baş verib.
Manset.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında bildirilib.
Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Yeraltı təkanların episentri Şiraz şəhərindən 211 km cənub-şərqdə qeydə alınıb.
Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.