Filippinin Rizal bölgəsində helikopter qəzaya uğrayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb.
Yerli hakimiyyət orqanları qəzaya uğrayan təyyarənin paytaxt Maniladan Quezon şəhərinə getmək üçün havalanan "Bell 505" markalı şəxsi helikopter olduğu bildirib.
Hökumət rəsmiləri, helikopterin məcburi eniş zamanı qəza keçirmiş ola biləcəyini bildirib və hadisə ilə bağlı geniş araşdırma başladılıb.