Rusiya dövlətinin nüvə şirkəti "Rosatom"un baş direktoru Aleksey Lixachev Yaxın Şərqdə artan münaqişələr səbəbindən İranın Buşehr Nüvə Stansiyasının təhdid altında olduğunu bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Lixachev Yaxın Şərqdəki münaqişələrin artmasından sonra xəbərdarlıq xarakterli bir açıqlama verib. O, münaqişələr səbəbilə Büşehr Nüvə Stansiyasının təhdid altında olduğunu vurğulayıb.
Rus rəsmisi, "Stansiyaya qarşı ciddi bir təhdid var. Partlayışlar yalnız bir neçə kilometr məsafədən eşidilə bilir", - deyə bildirib.
Aleksey Lixachev açıqlamasında İrandan təxminən 100 nəfərin təxliyə edildiyini, amma stansiya işçilərinin orada qaldığını qeyd edib. Lixachev həmçinin stansiyada təxminən 200 nəfəri əhatə edəcək növbəti təxliyə mərhələsinin şərait uyğun olduqda həyata keçiriləcəyini əlavə edib.