İndoneziyanın Açe bölgəsinin cənub-qərbində yerləşən Simeulue adasında 6,1 bal gücündə zəlzələ baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) zəlzələnin mərkəzinin Simeulue adasındakı Sinabang şəhərindən təxminən 65 kilometr cənub-şərqdə, okeanın içində olduğunu açıqlayıb.
Təkanlar təxminən 26,2 kilometr dərinlikdə baş verib. Zəlzələdə insan tələfatı və ya maddi ziyan olduğu barədə məlumat verilməyib.
Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.