Türkiyənin Kayserində şəhərində yerləşən fabrikin həyətində qaz silindiri partlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində 4 işçi yaralanıb.
Alınan məlumata görə, İncesu Sənaye Parkındakı partlayışın səbəbi hələ müəyyən olunmayıb.
Hadisə barədə məlumat alındıqdan sonra polis, yanğınsöndürən və təcili tibbi yardım əməkdaşları hadisə yerinə göndərilib.