İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəkayi ABŞ və İsrailin İrana qarşı hücumlarının bütün dünyaya təsir edəcəyini deyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsmail Bəkayi açıqlamada, "Başlatılan bu proses yaxın zamanda Avropaya da təsir edəcək, ABŞ və Sionist rejiminin yandırdığı müharibə atəşi bütün dünyaya yayılacaq", - deyə bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ və İsrailin hücumlarından zərər çəkən paytaxt Tehranın Şəhid Mahallati məktəbində təşkil etdiyi həftəlik mətbuat konfransında danışıb. Bəkayi mətbuat konfransının məhz bu məktəbdə keçirilməsinin şüurlu bir seçim olduğunu qeyd edərək, "Bu məktəbi xüsusilə seçdik. Bura ilk gündən etibarən hədəf alındı. Bu yer hücumların yalnız hərbi hədəflərlə məhdudlaşmadığının göstəricisidir. Burada həyatını itirən uşaqların xatirəsinə ehtiram göstəririk. Bu hücumlar İran xalqını hədəf alır", - deyib.