Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) İranda nüvə silahı aşkar etməyib.
Manset.az xəbər verir ki, bu barədə qurumun baş direktoru Rafael Qrossi açıqlama verib.
Qrossinin sözlərinə görə, agentlik tərəfindən aparılan yoxlamalar zamanı İranda nüvə silahının mövcudluğuna dair sübut tapılmayıb.
Lakin o qeyd edib ki, İranın tam şəffaflıq nümayiş etdirməməsi ölkənin nüvə proqramını birmənalı şəkildə dinc xarakterli adlandırmağa imkan vermir.