Mbappe məşhur aktrisa ilə görüntüləndi - FOTO

17:13 - 11 Mart 2026

Mbappe məşhur aktrisa ilə görüntüləndi - FOTO

İspaniya ulduzu Ester Expósito ilə futbol ulduzu Kylian Mbappénin birgə görüntüləndikləri barədə şayiələr son günlərdə sosial mediada yayılan paylaşımlar ilə gündəmə gəlmişdi.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən romantik şəhərlərindən biri olan Parisdə keçirdikləri həftə sonu isə bir çox insan tərəfindən mövsümün sürpriz münasibətini təsdiqləyən bir hadisə olaraq şərh edilib.

İkili Mbappénin doğulub böyüdüyü Parisdə bir neçə gün keçirdikdən sonra İspaniyaya dönüb. Onların Madriddə xüsusi təyyarə ilə eniş etdikləri anlar yayımlanan fotolarla ortaya çıxıb.

Fotolarda Ester Expósitonun təyyarədən enərkən cins şalvar, ağ üst, qəhvəyi blazer paltar və şapka geyindiyi görünür. Onun ardınca gələn Mbappé isə uçuş üçün rahat geyim seçmişdi. Cütlük tək olmayıb, "Élite" serialının ulduzunun yaxın çevrəsindən bəzı insanlar da yolculuqda onlara yoldaşlıq edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az