İrana hücumlar zamanı yaralanan türkiyəli Hüseyn Fırat dünyasını dəyişib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsrail raketinin hədəfi olan 29 yaşlı yük maşını sürücüsü Hüseyn Fırat müalicə aldığı xəstəxanada 6 gün sonra həyat mübarizəsini itirib.
Qeyd edək ki, Hüseyn Fırat İstanbuldan götürdüyü yükləri Əfqanıstana çatdırdıqdan sonra Türkiyəyə dönmək üçün yola çıxıb. O, 5 mart tarixində atası Coşkun Fırat da daxil olmaqla, 15 türk yük maşını ilə birgə İrana daxil olub. Hüseyn Fıratın nəqliyyat vasitəsinə İsraildən atılan raket onun yaralanmasına səbəb olub.