FTB-dən Kaliforniyada İran PUA-ları ilə bağlı XƏBƏRDARLIQ

23:37 - 11 Mart 2026

FTB-dən Kaliforniyada İran PUA-ları ilə bağlı XƏBƏRDARLIQ

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) Kaliforniya ştatının polis idarələrinə İranın pilotsuz uçuş aparatları ilə mümkün hücum təhlükəsi barədə xəbərdarlıq göndərib.


Manset.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

    Məlumata görə, müvafiq xəbərdarlıq bir neçə gün əvvəl ştatın polis strukturları arasında paylaşılıb.

    Xəbərdarlıq mətnində bildirilir ki, 2026-cı ilin fevral ayından etibarən İranın ABŞ-nin Qərb sahillərinə, xüsusilə Kaliforniyada müəyyən edilməmiş hədəflərə qarşı pilotsuz uçuş aparatları ilə qəfil hücum həyata keçirməyə cəhd edə biləcəyi barədə məlumat əldə olunub.

    Telekanalın məlumatına görə, bu hücumların naməlum gəmidən buraxılan dronlar vasitəsilə həyata keçirilə biləcəyi ehtimal edilir və belə bir ssenari ABŞ-nin İrana qarşı zərbə endirməsi halında mümkün hesab olunur.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az