İran gün ərzində Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarında yerləşdirilmiş “Patriot” hava hücumundan müdafiə sistemlərinə zərbələr endirdiyini bəyan edib.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiyə” Mərkəzi Qərargahının nümayəndəsi bildirib.
Onun sözlərinə görə, hücumlar zamanı ABŞ-ın regiondakı iki dəniz bazasında yerləşən “Patriot” kompleksləri, hərbi texnika və ABŞ hərbçilərinin cəmləşdiyi məntəqələr hədəfə alınıb.
İran tərəfi iddia edir ki, zərbələr nəticəsində xeyli sayda amerikalı hərbçi ölüb, 100-dən çoxu isə yaralanıb.