Avropada dizel qiymətləri rekord həddə çatır

09:41 - 25 Mart 2026

Avropada dizel qiymətləri rekord həddə çatır

Hörmüz boğazında gəmiçilikdə yaranan fasilələr fonunda Avropada neft məhsullarının qiymətləri yüksəlir və tarixi maksimuma yaxınlaşır.


Manset.az Report-a istinadən xəbər verir ki, az kükürdlü qazoylun fyuçersləri 17,25 dollar artaraq, 1 349,25 dollara çatıb ki, bu da 2022-ci ilin iyun ayından bəri ən yüksək səviyyədir.

Eyni zamanda, dizelin spot qiymətləri əvvəlki rekordları aşıb:

- Avropanın şimal-qərbində - 1 505,25 dollar (hər tonu);

- Aralıq dənizində - 1 470,75 dollar.

"Insights Global"ın məlumatına görə, Amsterdam-Rotterdam-Antverpen mərkəzində dizel və qazoyl ehtiyatları həftəlik olaraq 4,79 % azalaraq 2,089 milyon tona düşüb.

Aviayanacaq bazarı gərgin olaraq qalır. Kerosin ehtiyatları illik müqayisədə 13,4 % azalaraq, 737 000 tona düşüb ki, bu da ardıcıl dördüncü həftədir, azalma deməkdir.

Bundan əlavə, neftin qiymətləri yüksəlir: "Dated Brent"in spot premium qiyməti 2022-ci ilin avqustundan bəri ən yüksək olan barel üçün 4 dollara çatıb.

Analitiklər mövcud tendensiyanı Fars körfəzindəki vəziyyət fonunda təklifin qeyri-sabitliyi ilə əlaqələndirirlər.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az