“Netanyahu ABŞ-dən narahatdır” 

14:40 - 25 Mart 2026

“Netanyahu ABŞ-dən narahatdır” 

“İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-nin yəhudi dövlətinin təhlükəsizlik maraqlarını nəzərə almadan İranla saziş bağlaya biləcəyindən ehtiyat edir”. 


Manset.az xəbər verir ki, bu barədə “Axios” nəşri İsrail mənbələrinə istinadən məlumat yayıb. 

Bildirilir ki, İsrail rəhbərliyi ABŞ-nin danışıqlarda ciddi güzəştlərə gedə biləcəyindən narahatdır. Bura həmçinin İsrailin İran ərazisinə zərbələr endirmə imkanlarının məhdudlaşdırılması da daxildir. Ümumilikdə İsrailin hərbi-siyasi rəhbərliyi sülh yolu ilə tənzimləmə perspektivlərinə skeptik yanaşır. Onlar hesab edirlər ki, İran ABŞ-nin ondan tələb etdiyi kompromislərə getməyəcək.

Qeyd edək ki, ötən gün Pakistanın Baş naziri Şəhbaz Şərif ölkəsinin ABŞ ilə İran arasındakı münaqişənin tənzimlənməsinə vasitəçilik etməyə hazır olduğunu bildirib. Bundan sonra isə ABŞ-nin Pakistan vasitəsilə İrana 15 bəndlik plan təqdim etdiyi barədə xəbər yayılıb.  


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az