İran Prezidenti Ərdoğana türkcə təşəkkür etdi 

16:17 - 25 Mart 2026

İran Prezidenti Ərdoğana türkcə təşəkkür etdi 

İran Prezidenti Məsud Pezeşkian regionda davam edən böhran fonunda tutduğu mövqeyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.


Manset.az xəbər verir ki, bu barədə o, "X" hesabında türkcə paylaşımında qeyd edib.

"Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın təcavüzkar sionist rejimi qınamaq məsələsində qətiyyətli mövqeyi təqdirəlayiqdir. Qardaş türk milləti uzun illərdir İslam ümməti ilə həmrəylikdə mühüm rol oynayıb. Bu yolu davam etdirəcəyik", - o bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az