Mübahisə etdilər - Ərini tüfənglə öldürdü

17:18 - 01 Aprel 2026

Mübahisə etdilər - Ərini tüfənglə öldürdü

Türkiyənin Karabük ərazisində 40 yaşlı M.A. mübahisədən sonra əri 47 yaşlı Mustafa Acarı öldürüb.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə gecə saatlarında Karaağaç kəndində olub.

M.A. ilə əri Mustafa Acar arasında evlərində naməlum səbəbdən mübahisə baş verib. Mübahisə davaya çevrilib və M.A. əri Mustafa Acarın başına ov tüfəngi ilə atəş açıb. Qonşuların xəbəri ilə hadisə yerinə tibb və jandarma qrupları göndərilib. Tibb işçiləri Acarın öldüyünü müəyyən ediblər. Hadisə yerində aparılan araşdırmalardan sonra Mustafa Acarın cəsədi Karabük Təlim və Araşdırma Xəstəxanasının morquna aparılıb.

M.A. jandarma qrupları tərəfindən nəzarətə alınıb. Jandarma bölməsində prosedurlar başa çatdıqdan sonra MA ədliyyəyə aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az