ABŞ Hərbi Dəniz Qüvvələri İran ticarət gəmisinə atəş açıb.
Manset.az xəbər verir ki, məlumatı "Azad İran" "Telegram" kanalı "Mehr" xəbər agentliyinə istinadla yayıb.
Bildirilir ki, məqsəd gəmini limana qayıtmağa məcbur etmək olub.
Məlumata əsasən, SEPAH-ın Hərbi Dəniz Qüvvələri bölmələrinin gəmiyə dəstək üçün vaxtında əraziyə gəlməsi amerikalıları geri çəkilməyə və insident zonasını tərk etməyə məcbur edib.