Atəşkəs pozuldu - Hizbullahdan İsrail ordusuna hücum

12:11 - 20 Aprel 2026

Atəşkəs pozuldu - Hizbullahdan İsrail ordusuna hücum

Hizbullah İsrail ordusunun müvəqqəti atəşkəs rejimini pozmağa davam etdiyini əsas gətirərək Livanın cənubunda İsrailə məxsus hərbi texnikaya zərbələr endirdiyini açıqlayıb.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hizbullahın yaydığı məlumata görə, İsrail ordusu son 3 gündə qüvvədə olan atəşkəsi pozmaqda davam edir.


Açıqlamada qeyd olunub ki, dünən Livanın cənubundakı Taybe qəsəbəsindən Deyr Siryan yaşayış məntəqəsinin Sala bölgəsinə doğru irəliləyən, 8 ədəd zirehli texnikadan ibarət İsrail hərbi karvanı əvvəlcədən yerləşdirilmiş əl istehsalı partlayıcı qurğu ilə hədəfə alınıb.


Məlumata görə, hücum iki mərhələdə həyata keçirilib və nəticədə İsrail ordusuna məxsus 4 ədəd Merkava tankı məhv edilib.


İsrail ordusu isə bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az