Ankaranın Sincan rayonunda yerləşən boya fabrikasında yanğın baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Alçı məhəlləsindəki Ankara Sənaye Odaması Organize Sənaye Zonasındakı bir boya fabrikasında yerli vaxtla səhər saat 09:00 radələrində yanğın qeydə alınıb. İşçilər qısa müddətdə təxliyə edilib, ancaq yanğın genişlənərək fabriki bürüyüb. Yanğın zamanı fabrikdə partlayışlar baş verib.
Hadisə yerinə yanğınsöndürən və tibbi qruplar göndərilib. Yanğınsöndürənlər alovlara müdaxilə edib. Müdaxilə zamanı göy üzünü qatı duman bürüyüb.
Yanğının söndürülməsi üzrə işlər davam edir.