Aralıq dənizində zəlzələ baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, AFAD Aralıq dənizində 4 bal gücündə zəlzələ baş verdiyini bildirib.
Türkiyə vaxtı ilə saat 13:51-də qeydə alınan zəlzələ yerin təxminən 7 kilometr dərinliyində baş verib.
Zəlzələ səbəbilə hər hansı bir mənfi hadisə baş verməsi ilə bağlı məlumat verilməyib.