"Atletiko"nun hücumçusu Ademola Lukman komandasının "Real Sosyedad"la keçirdiyi son qarşılaşmada zədələnib.
Mansetaz Qol.az-a istinadən xəbər verir ki, nigeriyalı futbolçunun xəsarəti ciddi olmasa da, onun bir neçə gün meydanlardan uzaq qalacağı gözlənilir.
Klubun tibbi heyəti oyunçunun tam bərpa olunması üçün ehtiyatlı davranır və onun geri dönüşünü sürətləndirməyə çalışmır. "Marca" nəşrinin məlumatına görə, həmin matçda Lukmanla yanaşı, komanda yoldaşları Markos Lyorente və Aleksandr Sörlot da yüngül zədələr alıblar. Bu da Madrid təmsilçisinin yaxın müddət üçün zədəli oyunçularla bağlı qayğılarını artırıb.
Qeyd edək ki, hazırda Ademola Lukman əsas heyətdən ayrı, fərdi şəkildə məşq edir. O, həkimlərin ciddi nəzarəti altında yüngül bərpa proqramı keçir.