Avropada hökumətlərin dövlət işçilərinin ABŞ mərkəzli bir sıra mesajlaşma tətbiqlərini məhdudlaşdırmağa başladığı bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransa, Almaniya, Polşa, Niderland, Lüksemburq və Belçika hökumətləri, "üzərində nəzarətləri olmayan mesajlaşma tətbiqlərini" tərk edərək bunların yerinə yerli tətbiqlərin istifadəyə verilməsi üçün addımlar atmağa başlayıb.
Bu çərçivədə hökumətlər dövlət işçiləri üçün "WhatsApp" və "Signal" kimi tətbiqləri getdikcə daha çox məhdudlaşdırmağa başlayıb.