Dünyaca məşhur "The Osmonds" qrupunun qurucularından və ən böyük qardaşı Alan Osmond vəfat edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, 76 yaşında dünyasını dəyişib. Musiqiçinin ölüm xəbəri ailəsi tərəfindən edilən rəsmi açıqlama ilə elan edilib.
Ailədən verilən məlumata görə, Alan Osmond Utah ştatında həyatını itirib.
Qeyd edək ki, Alan Osmond "The Osmonds" qrupunun qurucularından biri olaraq tanınır.