Pakistanda ABŞ-İran danışıqların ilə bağlı AÇIQLAMA

23:52 - 21 Aprel 2026

Pakistanda ABŞ-İran danışıqların ilə bağlı AÇIQLAMA

Pakistanın İnformasiya naziri Attaullah Tarar ABŞ ilə İran arasında keçirilməsi planlaşdırılan danışıqların növbəti mərhələsi ilə bağlı açıqlama verib. 



Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, o bildirib ki, İran nümayəndə heyətinin İslamabadda baş tutması gözlənilən görüşlərdə iştirakına dair rəsmi cavab hələ də gözlənilir.


Nazir yazılı açıqlamasında qeyd edib ki, Pakistan vasitəçi kimi İran rəsmiləri ilə daimi təmasdadır və diplomatiya ilə dialoq yolunu davam etdirir. Onun sözlərinə görə, tərəflər arasında növbəti danışıqların Pakistanın paytaxtı İslamabadda keçirilməsi planlaşdırılır.


Tarar vurğulayıb ki, atəşkəs aprelin 22-də saat 02:50-də başa çatacaq və iki həftəlik atəşkəs bitməzdən əvvəl İranın danışıqlarda iştirak barədə qərar verməsi həlledici əhəmiyyət daşıyır. O əlavə edib ki, Pakistan İran rəhbərliyini ikinci mərhələ görüşlərinə qoşulmağa razı salmaq üçün səylərini davam etdirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az