ABŞ Prezidenti Donald Trampın atəşkəsi sonsuz müddətə uzatdığını elan etməsinin ardından İranda xalq küçələrə tökülüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Tehranda minlərlə şəxs ABŞ və İsraili ballistik raketlər fonunda etiraz edib.
ABŞ Prezidenti Donald Tramp Pakistanın tələbi əsasında İranın yeni saziş təklifini təqdim etməsi üçün atəşkəsin uzadılmasına qərar verdiyini açıqlayıb. Tramp dəniz məhdudiyyətinin davam edəcəyini bildirərkən İran cəbhəsindən ard-arda sərt açıqlamalar gəlib. Tehran şəhərində keçirilən etirazlarda ballistik raketlərin meydanlara çıxarılması diqqət çəkib.