Keçirdiyi əməliyyatın ardından bu gün xəstəxanadan evə buraxılan Türkiyə sənətçisi İbrahim Tatlıses yeni açıqlaması ilə diqqət çəkib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İbrahim Tatlıses "Vəsiyyətinizi heç düşündünüzmü?" - sualına gözlənilməz cavab verib.
O, "Hər şeyimi dövlətə buraxdım. Bir qəpiyim belə yoxdur" - deyə bildirib. Tatlıses oğlu Ahmet Tatlıses ilə bağlı suallara isə "Həyatımdan A hərfini belə sildim" - deyərək cavab verməkdən qaçıb.
Qeyd edək ki, İbrahim Tatlıses 7 aprel tarixində İstanbulda evində xəstəlik keçirərək xəstəxanaya yerləşdirilmişdi. Bədənindəki ağır infeksiya səbəbilə öd kisəsi çıxarılan Tatlıses bu gün xəstəxanadan çıxıb.