Pezeşkiandan ABŞ-yə sərt sözlər

10:09 - 23 Aprel 2026

Pezeşkiandan ABŞ-yə sərt sözlər

İran Prezidenti Məsud Pezeşkian ABŞ hökumətini hədəf alaraq sərt açıqlamalar verib. 



Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ ilə İran arasındakı atəşkəs prosesindəki qeyri-müəyyənlik və tərəflər arasındakı gərginlik davam edərkən Tehran hökumətindən sərt açıqlamalar gəlməyə davam edir. İran Prezidenti Məsud Pezeşkian sosial media hesabından verdiyi açıqlamada, İranın dialoqu və razılaşmanı həmişə dəstəklədiyini və bu yanaşmasını davam etdirdiyini bildirib.


Pezeşkian açıqlamada öhdəliklərin pozulması, blokada və təhdidlərin tərəflər arasındakı real danışıqların önündəki əsas maneə olduğunu bildirib. O, "Dünya sizin sonu gəlməyən ikili standartlı açıqlamalarınızı və iddialarınızla əməlləriniz arasındakı ziddiyyəti görür" - deyə bildirib.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az