Yunanıstanın Girit adasında yüksək ballı zəlzələ baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, AFAD-ın məlumatına görə, Yunanıstanın Girit adasında 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ bu gün yerli vaxtla saat 06:18-də meydana gəlib. Təkan yerin 7 kilometr dərinliyində olub. Qəza bölgəsində hər hansı bir zərər və ya tələfat barədə əlavə məlumat verilməyib.