NATO ölkələrinin xarici işlər nazirləri Qazaxıstandakı vəziyyəti müzakirə ediblər.
Manşet.az xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq NATO xarici işlər nazirlərinin videokonfransından sonra keçirdiyi mətbuat konfransında bildirib.
"Biz Qazaxıstandakı vəziyyəti yaxından izləyirik. Bu vəziyyət bizi narahat edir və itirilmiş həyatlar üçün təəssüf edirik. Zorakılığın dayanması, ifadə azadlığı və dinc etiraz hüququ daxil olmaqla insan hüquqlarına hörmət edilməsi vacibdir. Alyans vəziyyətin inkişafını yaxından izləməyə davam edəcək", - deyə Stoltenberq bildirib.
O, Qazaxıstandakı vəziyyətin Rusiya ilə NATO ölkələri arasında Avropa təhlükəsizliyi üzrə danışıqlara necə təsir edəcəyi ilə bağlı suala cavab verməkdən imtina edib.