Prezident Rəcəb Tayyib Ərdoğan "Formula 1" yarışlarının 2027-ci ildən etibarən yenidən Türkiyədə keçiriləcəyini açıqlayıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan, "Xüsusilə 8-ci döngəsi ilə tanınan və yarış həvəskarlarının sevimlilərindən olan İstanbul Park 2027 ilə 2031-ci illər arasında yenidən beş mövsüm boyunca həyəcan dolu və yüksək keyfiyyətli yarışlara ev sahibliyi edəcək" - deyib.
İstanbul Park pisti 2027-ci ildən başlayaraq önümüzdəki 5 il ərzində yarış təqviminə daxil edilib.