İsveçrə İranda səfirliyini yenidən açıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsveçrə müharibədən sonra 11 martda bağladığı Tehran səfirliyini yenidən açdığını açıqlayıb.
İsveçrənin Tehran səfirliyi ABŞ-İsrailin İrana hücumları nəticəsində təhlükəsizlik narahatlıqları səbəbindən 11 martda müvəqqəti olaraq bağlanmışdı. Uzun müddət silahlı neytrallıq siyasəti izləyən İsveçrə ABŞ və İsrailə yeni silah ixracat lisenziyalarını dayandırmış və ABŞ-nin hərbi əməliyyatları üçün hava məkanını məhdudlaşdırmışdı.